XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 July 2015 - 08:18

Nazir: “Azadlıq meydanında ikimərtəbəli bina tikiləcək”
Nazir:

Gələn ilin mart-aprel ayında Bakının bəzi küçələrində asfalt örtüyünün dəyişdirilməsi planlaşdırılır”

“Formula-1″ yarışı paytaxtda keçiriləcək, bunun üçün şərait yaradılmalıdır. Gələn ilin mart-aprel ayında bəzi küçələrdə asfalt örtüyünün dəyişdirilməsi planlaşdırılır. Bütün kanalizasiya qapaqları da bərkidilməlidir”.
APA-nın xəbərinə görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.
Nazir bildirib ki, bu yaxınlarda Azadlıq meydanında əsas “pitstop” və ikimərtəbəli bina – “paddock” tikiləcək: “Komandalar, maşınlar gəlməlidir. Bu istiqamətdə də işlər aparılır. Düşünürəm ki, işlərin gedişində hər hansı gecikmə yoxdur”.
A. Rəhimov qeyd edib ki, Formula-1 yarışının keçirilməsi ilə bağlı hazırda bütün texniki məsələlər həyata keçirilir.