XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

11 İyul 2015 - 09:35

Məşhur Hollivud aktyoru Ömər Şərif vəfat edib

omar sarif.jpg

Hollivud ulduzu ömər Şərif (Mişel Demetri Şalhub) 83 yaşında Qahirədə vəfat edib.

Xəbəri Daily Mail yayıb. Son vaxtlar ünlü aktyor Alzheimer xəstəliyindən əziyyət çəkirmiş.

Elə bu xəstəlik ucbatından ömər Şərif 2012-ci ildən bəri sənət karyerasına son vermişdi.

1932-ci ildə doğulan ömər Şərif 22 yaşından Qahirədə filmlərə çəkilməyə başlamışdı.

1962-ci ildə çəkildiyi “Lawrence of Arabia” film önu şöhrətin zirvəsinə yüksəltmiş, təkcə Hollivudda deyil, Avropada da arzulanan aktyorlardan birinə çevirmişdi.

Bu filmə görə aktyor “Qızıl Qlobus” və “Oscar” mükafatına layiq görülüb.

“Doctor Zhivago” (Rus sovet şairi Pasternakın məşhur, ancaq Sovetlər Birliyində yasaq sayılan əsərini Hollivud ekranlaşdırmışdı) filmi ona ikinci “Qızıl Qlobus”u qazandırmışdı.

ünlü aktyor 50-dən çox filmdə oynayıb. Bunların arasında daha məşhuru “Funny Girl” filmidir.

2009-cu ildə çəkildiyi bir filmdə ömər Şərif Alzheymer xəstəliyindən əziyyət çəkən adamı canlandırmışdı.

ömər Şərif 2003-cü ildə “Kinematoqrafdakı xidmətlərinə görə” Venesiya festivalının “Qızıl şir” fəxri mükafatına da layiq görülmüşdü.