XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 July 2015 - 09:43

Eldar Namazov: “Mühacirət etməmişəm, evdəyəm,balkonda çay içirəm”

eldar namazov.jpg

Tanınmış politoloq, Milli Şuranın yaradıcılarından biri Eldar Namazov Azərbaycanı tərk etməsilə bağlı KİV-də yayılan məlumatları təkzib edib.

“Dünən bir sıra saytlar, o cümlədən mənim hörmət etdiyim saytlar haradansa məlumat götürüb yayıblar ki, guya mən uzun müddətdir Avropada yaşayıram, siyasi sığınacaq almışam və ya bu yaxınlarda alacam. Hətta ola bilsin ki, sentyabrda Azərbaycana gəldim, amma hələ qərar verməmişəm”, – E.Namazov bu məlumatları Turan agentliyinə şərh edərkən deyib.

“Mən evdə oturmuşam, balkonda çay içirəm. Siyasi mühacirlik yolunu seçənlərə hörmətlə yanaşıram, lakin mənə gəlincə, bu məsələ nə keçmişdə, nə də indi gündəmdə olmayıb. Belə bir şey gələcəkdə də olmayacaq. Qısamüddətli səfərlər olur, lakin bu, şəxsi məsələlərlə, müalicə kursları ilə bağlıdır ki, bu da inşallah yaxın vaxtlarda başa çatacaq”, – E.Namazov bildirib.