XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

31 İyul 2016 - 19:45

Britaniyadan NATO baş katibinə xəbərdarlıq – Cəbəllütarixlə bağlı

cebultariq-adddd

Britaniyanın mühafizəkar parlamentariləri İspaniyanın Cəbəllütarixlə bağlı davranışı səbəbindən yarana biləcək qarşıdurma ilə əlaqədar NATO baş katibi Yens Stoltenberqə xəbərdarlıq ediblər.

APA-nın “Daily Telegraph” qəzetinə istinadən verdiyi məlumata görə, Y. Stoltenberqə göndərilən məktubda İspaniya gəmilərinin Cəbəllütarix sularına qanunsuz müdaxiləsindən narahatlıq ifadə olunur.

Bundan başqa, britaniyalı parlamentarilər hesab edirlər ki, İspaniyanın  ABŞ gəmilərinə Cəbəllütarixdə yanacaq tədarük edərək İspaniya limanlarına daxil olmasından imtina etməsi “Qərbin təhlükəsizliyinə zərbədir”.

Qeyd edək ki, 3 əsrdir ki, Cəbəllütarix İspaniya və Böyük Britaniya arasında mübahisə mövzusudur. XVIII əsrdə İspaniyanın zəifləməsi, İngiltərənin güclənməsi fonunda 1700-1713-cü illərdə iki dövlət arasında baş verən müharibə nəticəsində Cəbəllütarix qalası ingilislər tərəfindən zəbt edilib. O vaxtdan ingilislər Priney yarımadasının sahəsi 6,5  kvadrat kilometr olan cənub sahilinə nəzarət edir. Cəbəllütarixdə 30 min insan yaşayır. İspaniya Cəbəllütarixi tarixi torpağı sayır. Ancaq 1967-ci ildə və 2002-ci ildə Cəbəllütarixdə keçirilən referendum zamanı əhalinin 90 faizi Böyük Britaniyanın tərkibində qalmağa üstünlük verib. Cəbəllütarixdə 2006-cı ildə qəbul edilən Konstitusiyaya əsasən, qanunverici hakimiyyət Böyük Britaniya kraliçası II Yelizaveta və Cəbəllütarix parlamentinə məxsusdur.