XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

01 Avqust 2016 - 03:04

İranlı nazir Bakıya səfər edəcək

 Vaezi 43

 İran İslam Respublikasının Rabitə və İnformasiya texnologiyaları naziri, Azərbaycan – İran hökümətlərarası  komissiyasının həmsədri Mahmud Vaezi avqustun 1-də Bakıya səfər edəcək.

Səfərdən öncə APA-nın İrandakı müxbirinə açıqlama verən M. Vaezi prezident Həsən Ruhaninin Azərbaycana səfəri ilə bağlı detalları açıqlayıb.

M.Vaezi deyib ki, prezident H.Ruhani Bakıya böyük nümayəndə heyəti ilə səfər edəcək: "Səfərdə prezidenti nazirlər kabinetinin bir neçə üzvi müşaiyət edəcək. İlk öncə Azərbaycan və İran prezidentlərinin görüşü baş tutacaq. Görüşdə tərəfləri maraqlandıran önəmli məsələlər müzakirə olunacaq. Rusiya prezidentinin səfərindən öncə İran və Azərbaycan arasında bir neçə önəmli sənədlər imzalanacaq."  M.Vaeziprezident Ruhaninin səfərinə hazırlıq və eləcədə iki ölkə arasında imzalanacaq iqtisadi sənədlərin hazırlanması ilə bağlı Bakıya səfər edəcəyini bildirib.

Xatırladaq ki, bundan əvvəl İran xarici işlər nazirinin müavini İbrahim Rəhimpur Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşünün avqustun 8-də baş tutacağını bildirib.