XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

01 Avqust 2016 - 11:00

Təkrar zəlzələ ola bilərmi?- Seysmoloji Mərkəzdən açıqlama

İmişlidə və zəlzələnin hiss olunduğu ətraf rayonlarda əhalinin təkrar zəlzələnin baş verə biləcəyi ilə bağlı narahatlığına əsas yoxdur.

Bu barədə Trend-ə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, həmin ərazilər elə zonalardır ki, orada güclü afterşokların olması da gözlənilmir, çünki həmin ərazi çox seyismik zona deyil.

Qeyd edək ki, bu gün səhər saatlarında İmişli rayonunda zəlzələ baş verib. Yeraltı təkanlar yerli vaxtla saat 08:46:36-da qeydə alınıb.

Zəlzələ yaxin ərazilərdə, o cümlədən Mingəçevir, Gəncə və Göranboyda 5 bala kimi hiss olunub.