Episentri İmişli rayonunda baş verən zəlzələ Mingəçevir şəhərində ani hiss olunub.
Bu barədə Trend-ə açıqlamasında Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov bildirib.
İcra başçısının müavini bildirib ki, hadisə nəticəsində şəhərə heç bir ziyan dəyməyib: "Şəhər sakinlərinin çoxu bəlkə də zəlzələni heç hiss etməyib. Sadəcə ani bir zəif silkələnmə oldu, vəssalam. Hər şey normaldır, əhali arasında təşviş olmayıb".