XƏBƏR LENTİ

11 Avqust 2020

Digər Xəbərlər

01 Avqust 2016 - 11:33

Bakı Metropoliteni:"Yayılan məlumatlar tam əsassızdır"

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti "Qara Qarayev" metro stansiyasında qatarın şüşəsinin sınması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Bu barədə Trend-ə açıqlama verən "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, yayılan məlumat həqiqəti əks etdirmir: "Əslində hadisə belə olub. Metronun "Xalqlar Dostluğu" stansiyasında qatarda bir nəfər nəfəsliyi açmaq istəyib. Bu zaman o nəfəsliyi möhkəm dartıb və nəfəsliyin şüşəsini qırıb. Sərnişin dərhal özü maşinistə yaxınlaşıb və etiraf edib ki, nəfəsliyi açmaq istərkən şüşəni qırıb. Qatarın şüşəsinin qırılması, kiminsə başına düşməsi barədə yayılan məlumatlar tam əsassızdır".