NATO-nun bir sıra nüfüzlu ölkələrinin parlament heyətləri hesab edirlər ki, Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhddən sonra bu ölkədə Alyansın Parlament Assambleyasının (PA) sessiyasının keçirilməsi məqbul deyil.
Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə “Finansial Times” qəzeti yazır.
NATO PA-nın baş katibi Devid Hobbs deyib ki, Türkiyədə planlaşdırılan iclasın keçirilmə məsələsinə hələ baxılır.
Qeyd edək ki, NATO PA-nın sessiyasının noyabr ayında keçirilməsi planlaşdırılır.