XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 August 2016 - 15:18

İslam dünyası QHT-ləri Türkiyə hökumətinədəstək bəyanatı yayıb

Turkish 76

 İslam Dünyası Qeyri-Hökumət Təşkilatları Birliyi (İDSB) Türkiyə prezidenti, parlamenti və hökumətinə dəstək bəyanatı yayıb.

APA-nın məlumatına görə, bəyanat Birliyin İstanbulda keçirdiyi mətbuat konfransında İDSB-nin baş katibi Əli Kurt tərəfindən  oxunub.

16 ölkəni təmsil edən QHT rəhbərləri, islam alimləri və siyasətçilərin iştirak etdiyi mətbuat konfransında 15 iyulda FETÖ tərəfindən hərbi çevriliş cəhdi pislənilib,

Türkiyə prezidenti, TBMM, hökumət, polis, ordu və xalqın hərbi çevriliş cəhdinə qarşı eyni mövqedən çıxış edərək bunu puça çıxarmaları təqdir edilib.

Brifinqə video bağlantı vasitəsi ilə Malayziya, Pakistan, Misir və İngiltərədən qatılan QHT rəhbələri və din alimləri türk millətinin iradəsi sayəsində bundan sonra da Türkiyədə heç bir qeyri-qanuni üsuli-idarə formasına icazə verilməyəcəyinə inandıqlarını vurğulayıblar.

Qeyd edək ki, mərkəzi İstanbulda olan İslam Dünyası QHT-lər Birliyinə dünyanın 63 ölkəsindən təşkilatlar üzv olub.