XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 August 2016 - 15:30

Erməni politoloq:“Hakimiyyətin hadisələr qarşısındakı sükutu ölkənin total siyasi böhranda olduğunu göstərir”

İT 00

"Ermənistan hakimiyyət nümayəndələrinin silahlı qruplaşmanın nəzarətdə saxladığı polis bölməsi ilə bağlı hadisələr qarşısındakı sükutu ölkənin total siyasi böhranda olmasının göstəricisidir".

APA-nın "news.am" saytına istinadən verdiyi xəbərə görə, bu barədə politoloq Ruben Meqrabyan deyib.

“Böhranın dəf edildiyini düşünmək lazım deyil, əksinə respublika siyasi böhrana sürüklənib. Biz hazırda total siyasi böhranla üzləşirik. Ötən həftə göstərdi ki, heç bir dövlət qurumu hər hansı hadisəyə adekvat reaksiya verə bilmir” , – deyə politoloq vurğulayıb.

Deputatların yay istirahətindən zövq aldıqlarını deyən R. Meqrabyan bildirib ki, onlar paytaxtdakı silahlı toqquşmalar barədə fikir bildirməyə ehtiyac görmürlər: “Belə çıxır ki, bizim parlament ölüdür”.