XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

01 Avqust 2016 - 17:15

Mahaçqalada partlayış –13 yaralı

MAxaçqala 123

Mahaçqalada "Layli" şadlıq sarayında partlayış baş verib. Bu barədə Trend TASS-a istinadən xəbər verir.

Dağıstanın Daxili İşlər Nazirliyindən bildiriblər ki, partlayış sarayın zirzəmisində təxminən saat 15.00 radələrində baş verib. Hadisənin baş verməsi nəticəsində mətbəxdə çalışan 13 qadın yaralanıb. Yaralananlar xəstəxanalara yerləşdirilib.

Dağıstan polisinin məlumatına görə, operativ növbətçi hissəyə saat 15.10-da zəng daxil olub və bildirilib ki, şadlıq sarayında partlayış baş verib.

Hazırda hadisə yerində yanğınsöndürənlər işləyir.