Məhkum jurnalist Seymur Həzi ilə Nigar Yaqublunun nikah mərasimi 4 saylı “ASAN xidmət"də avqust ayının 2-nə təyin olunub.
Bunu Penitensiar Xidmətin sözçüsü Mehman Sadıqov BBC Azərbaycancaya deyib: "Nikahın baş tutmaması üçün bizim tərəfdən hər hansı maneə törədilməyib və törədilə də bilməz. Nikahın baş tutmamasına görə penitensiar xidmətlə bağlı problem yoxdur”.