XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

02 Avqust 2016 - 12:36

Müdafiə Sənayesi Nazirliyi:"Əsassız və qərəzli məlumatlar yayırlar"

İyulun 26-da Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan “Araz” zavodunda baş vermiş hadisənin araşdırılması məqsədilə yaradılan Dövlət Komissiyası işini davam etdirir.

MSN-dən bildiriblər ki, baş vermiş hadisənin nəticələrinin aradan qaldırılması işlərinə başlanılıb.

Hadisə zamanı xəsarət alan iki nəfərin müalicəsi davam etdirilir.

Bütün bunlara baxmayaraq, bəzi kütləvi informasiya vasitələri həqiqətə uyğun olmayan əsassız və qərəzli məlumatlar yayırlar. Bu da heç bir jurnalist etikasına sığmır.

Müdafiə Sənayesi Nazirliyi bir daha qeyd edir ki, məsələ ilə bağlı informasiya yayarkən nazirliyin mətbuat katibliyindən verilən məlumatlara istinad edilməlidir. Əks halda nazirlik öz hüquqlarını qorumaq üçün müvafiq qaydada məhkəmə orqanlarına müraciət edəcək.