XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

02 Avqust 2016 - 12:31

İmişlidə baş verən zəlzələninsəbəbi bilindi

Dünən İmişlidə baş verən zəlzələnin əsas səbəbi Kür çayı uzununa dərinlik qırılması olub.

Trend-in məlumatına görə, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bu gün keçkirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, əsas təkandan sonra 7-yə qədər afterşoklar olub.

Q.Yetirmişli qeyd edib ki, həmin ərazi güclü seysmik zona olmasa belə tarixən burada güclü zəlzələlər baş verib: "Dünən baş verən güclü zəlzələ respublikanın əksər rayonlarında hiss olunub. Dağıntıların az olmasına səbəb isə zəlzələnin dərində baş verməsi olub.

Zəlzələ nə qədər dərində olsa, güclü də olsa, onun hiss etmə arealı böyük olur, episentirdə isə fəsadları az olur. Dünənki zəlzələ təqribən 28 km dərinlikdə baş verib. Əgər zəlzələnin dərinliyi az olsaydı fəsadları çox olardı".