XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

02 Avqust 2016 - 13:53

Qurban Qurbanov:"Şansımız böyükdür"

"Şansımız böyükdür və bundan istifadə etməyə çalışacağıq. Futbolçularımız da UEFA Çempionlar Liqasında yaxşı oyun göstərmək istəyirlər".

Azərtac xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqası yarışlarının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Çexiyanın “Viktoriya” (Plzen) komandasını qəbul edəcək Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Baş məşqçi bildirib ki, azarkeşlərimizin köməyi ilə yaxşı nəticə göstərməyə çalışacağıq. Doxsan dəqiqə ərzində həm müdafiədə, həm də hücumda oynaya bilərik. Əlavə vaxt və penalti zərbələrinə də hazır olmalıyıq. Futbolçular da bunun məsuliyyətini başa düşürlər. Lakin onları da psixoloji təzyiq altında qoymaq lazım deyil. Şanslarımızdan maksimum şəkildə istifadə etməyə çalışacağıq.

“Qarabağ”-“Viktoriya” oyunu avqustun 2-də saat 20:30-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq.