XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

02 Avqust 2016 - 14:27

MHP-li bələdiyyə sədri saxlanıldı –Dövlət çevrilişi cəhdinə görə

MHP 65

Adana şəhərində Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan bələdiyyə sədri saxlanılıb.
“Report” “Doğan”a istinadən xəbər verir ki, Pozantı rayon bələdiyyəsinin sədri Mustafa Çay Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində ötən gecə qardaşı Nurəddin Çay ilə birlikdə evində həbs olunub.
Məlumata görə, Pozantı Rayon Polis Şöbəsinə aparılan qardaşların istintaqı davam etdirilir.
Qeyd edək ki, M.Çay iki gün əvvəl oğluna toy edib və dövlət çevrilişi cəhdindən sonra Pozantı rayonunda keçirilən demokratiya mitinqlərinə qatılaraq dəstək verib.