Rusiya Qazaxıstana 5 ədəd S-300 zenit raket sisteminin verilməsi prosesini başa çatdırıb.
Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə nazirlik bu sistemlərlə bərabər, rəsmi Astanaya S-300-lərə aid olan 170 raket də verəcək.
Qeyd edək ki, bu gün Rusiya Müdafiə naziri Sergey Şoyqu Qazaxıstana səfər edib.