XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 July 2015 - 19:14

Rusiya Yunanıstana yardım etməyə hazırdır – Nazirdən rəsmi açıqlama

putin-trisbas.jpg

«Maliyyə böhranından çıxa bilməsi üçün Rusiya Yunanıstana yardım etməyə hazırdır».

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu açıqlama ilə Rusiyanın energetika naziri Aleksandr Novak çıxış edib.

Novak bildirib ki, Rusiya energetika sahəsində əməkdaşlığı genişləndirməklə Yunanıstan iqtisadiyyatının bərpasına dəstək verə bilər: «Bununla bağlı razılaşma yaxın vaxtlarda əldə oluna bilər».

Rusiyanın Yunanıstana birbaşa maliyyə yardımı ayırması məsələsində müxtəlif fikirlər səslənir. Məsələn, ötən ayın ortalarında Rusiya maliyyə naziri Anton Silunov bildirmişdi ki, dövlət büdcəsində Yunanıstana ayıracaq pul yoxdur.

Bir neçə gün əvvəl Avropa Mərkəzi Bankının rəhbəri Mario Draqi də bəyan etdi ki, Rusiya Yunanıstana maliyyə yardımı ayırmayacaq. Lakin Rusiya prezidentinin Yunanıstandakı böhranla bağlı son açıqlamaları, yunan baş nazir Aleksis Tsiprasın ölkədə keçirilən son referendumdan dərhal sonra Rusiya prezidenti ilə telefon söhbəti aparması, eləcə də rusiyalı nazir Novakın son açıqlaması rəsmi Moskvanın bu məsələdə tərəddüdlü olduğunu və yardım məsələsini gündəmdə saxladığını göstərir.