XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

02 Avqust 2016 - 15:21

Ukrayna İrana öz ərazisindən neft tranziti həyata keçirilməsinitəklif edib

neft 43

 İran Ukraynanın İranın neftinin Ukrayna boru kəmərləri sistemi vasitəsilə Slovakiya və Çexiyaya tədarükü təklifini götür-qoy edəcək.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə İranın neft naziri Bijən Namdar Zəngənə Tehranda Ukraynanın energetika və kömür sənayesi naziri İqor Nasalik ilə apardığı danışıqların yekunu olaraq məlumat verib.

Məlumata əsasən, Tehran da birbaşa Ukraynaya neft tədarükü üzrə əməkdaşlığa başlamağa hazırdır.

Bundan əlavə, B.N.Zəngənə bildirib ki, Ukrayna həm də inkişaf etmiş maşınqayırma və energetika sənayesi ilə cəlbedicidir. Hazırda tərəflər qaz turbinləri və kompressorları sahəsində əməkdaşlıq üzərində işləyir.