Ukraynanın Antalyadakı fəxri konsulu Levent Aydın qatıldığı rəsmi mərasimdə geyimi ilə bütün diqqətləri üzərinə çəkib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, konsulun əynində Rusiya prezidenti Vladimir Putinin şəkli olan futbolka olub. Futbolkadakı şəklin altında isə Putindən sitat verilib – «Nəzakətli olmaq bizim hərşeyimizdir».
Levent Aydının bu addımı Türkiyədə sosial şəbəkələrdə geniş müzakirə və mübahisə mövzusuna çevrilib.
Qeyd edək ki, fəxri konsul bu geyimdə «Antalyaspor»la üç illik müqavilə bağlayan tanınmış futbolçu Samuel Etonun təqdimat mərasiminə qatılıb.