İsrailin Azərbaycandakı səfirliyi İsrail Knessetində komitənin qondarma "erməni soyqırımı"nı tanıması barədə yayılmış məlumatına münasibət bildirib.
Səfirlikdən "Report"a bildirilib ki, İsrail Knessetinin Təhsil, Mədəniyyət və İdman Komitəsinin qərarına baxmayaraq, İsrail hökumətinin qondarma "erməni soyqırımı" ilə bağlı mövqeyi dəyişməz olaraq qalır. Səfirlik bu məsələnin tarixçilərə aid olduğu və siyasi müzakirə mövzusu olmasına ehtiyac duyulmadığını vurğulayıb.