XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 August 2016 - 16:43

SOCAR Türkiyədəki layihələrinə7,5 milyard dollar sərmayə yatırıb

Socar 65

SOCAR Türkiyədəki layihələrinə 7,5 milyard dollar sərmayə yatırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “SOCAR Turkey Enerji A.Ş.”nin baş direktoru Zaur Qəhrəmanov “Bloomberg News”a müsahibəsində məlumat verib. O, SOCAR-ın Türkiyəyə investisiyalarının risklərə baxmayaraq davam etdiyini söyləyib.

“İyun ayının sonuna SOCAR Türkiyədəki layihələrinə 7,5 milyard dollar sərmayə qoyuluşu həyata keçirib. Türkiyədə neft-kimya məhsullarına tələbatın artıb. Ölkədə nafta əsaslı məhsullar isə təbii qaza nisbətən daha üstünlük təşkil edir”, – deyə Z.Qəhrəmanov əlavə edib.

Qeyd edək ki, SOCAR 2012-ci il mayın 30-dan etibarən Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) adı ilə davam etdirir. STEAŞ-ın səhmdarları belədir: SOCAR – 87 faiz, “Goldman Sachs” – 13 faiz.