XƏBƏR LENTİ

16 Avqust 2020
15 Avqust 2020

Digər Xəbərlər

02 Avqust 2016 - 19:58

Sabah Bakının 2 rayonundaqaz olmayacaq

Təbii qazın verilməsi üçün Xətai rayonu G.Şıxlinski küçəsindəki yaşayış binasına çəkilmiş qaz kəmərinin qoşulması, qaz xətlərində aparılacaq təmir işləri, istismarı dayandırılmış qaz xətlərinin şəbəkədən ayrılması ilə əlaqədar avqustun 3-də saat 09:00-dan 18:00-dək Xətai rayonunun Q.Nəbi, M.Rüstəmov, Cavanşir, Sadıqcan, M.Hadi, Mehmandarov, Gəncə prospekti və Zığ yolu ərazisində, həmçinin Binəqədi rayonunun Biləcəri qəsəbəsinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Bu barədə “Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.