XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

02 Avqust 2016 - 22:41

Rusiyada 340 min nəfərlik mühafizə alayı birbaşaprezidentə tabe olacaq

Vladimir Putin

Rusiyada 340 min mühafizəçi 2018-ci ildən etibarən birbaşa prezident Vladimir Putinin əmrinə tabe olacaq.

Bu barədə Rusiya Milli Mühafizə Birliyinin yeni baş komandiri Viktor Zolotov “İnterfax” xəbər agentliyinə müsahibəsində məlumat verib. Onun sözlərinə görə 340 min nəfərlik mühafizəçi alayı yaratmaq məqsədiylə il sonunadək ölkənin Daxili İşlər Nazirliyi, Xüsusi Qüvvələr, Hava Qüvvələri və digər təhlükəsizlik orqanlarından transferlər həyata keçiriləcək. Viktor Zolotov bildirb ki, ikinci mərhələdə, yəni 2017-ci il avqust ayınadək Rusiya Milli Mühafizə Birliyində vəzifə və hüquqi normalar təyin ediləcək. Son olaraq, üçüncü mərhələdə, yəni 2018-ci ildə Birlik bir plan üzrə hərəkət edən təhlükəsizlik vahidinə çevriləcək.

Xatırladaq ki, Rusiya prezidentinə birbaşa tabe olacaq hərbi və mülki heyətdən ibarət Milli Mühafizəçilər Birliyinin (MMB) yaradılmasına aprel ayından başlanılıb. Vladimir Putin daha əvvəl Birliyinin vəzifəsinin terror, mütəşəkkil cinayətkarlıq və silah qaçaqmalçılığı ilə mübarizə olacağını açıqlamışdı.