XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 August 2016 - 01:30

ABŞ-ın erməni lobbisi İrəvana qarşı Dövlət Departamentinə çağırış edib

arr 000

 Erməni-Amerika Şurası (Armenian Council of America – ACA) Ermənistan polisi və mülki geyimli naməlum şəxslərin söz azadlığı və sərbəst toplanma hüquqlarınndan istifadə edən  Ermənistan vətəndaşlarına və vəzifə borcunu yerinə yetirən jurnalistlərə qarşı zor tətbiq etməsini kəskin pisləyib.  

APA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, ACA-nın bəyanatında qeyd olunur ki, Ermənistandakı avtoritar rejimi tərəfindən dinc etirazçılara qarşı misli görünməmiş qəddarlıq göstərilməsi gözlənilən idi.    

“Biz Ermənistan polisindən vətəndaşlara qarşı qanunsuz hərəkətlərə son qoymasını tələb edirik və ölkə rəhbərliyindən silahsız etirazçılara qarşı zorakılıq tətbiq edilməsinə əmr verənləri və buna rəhbərlik edənlərin əməllərinin araşdırılmasını tələb edirik.  

Bundan başqa, ACA ABŞ Dövlət Departamentini qanlı hadisələrə görə məsuliyyət daşıyan  məmurların və polis rəhbərliyinin cəzalandırılmayınca Ermənistan polisi ilə hər-hansı əməkdaşlığı və dəstəyi dayandırmağa çağırır”, – deyə bəyanatda bildirilir.