XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 August 2016 - 12:12

Elmar Məmmədyarov:"Azərbaycan qardaş ölkə kimi daim Türkiyənin yanındadır"

EL 765

"Azərbaycan qardaş ölkə kimi daim Türkiyənin yanındadır".

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bunu XİN rəhbəri Elmar Məmmədyarov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon danışığı zamanı deyib.

Elmar Məmmədyarov Türkiyə xalqının demokratik iradəsi və dövlətin konstitusion əsaslarına qarşı xain çevriliş cəhdinin qəbuledilməz olduğunu bir daha bildirib.

Mövlud Çavuşoğlu Azərbaycanın dəstəyinin və atdığı addımların yüksək qiymətləndirildiyini bildirib.