XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 July 2015 - 09:00

TQDK-dan abituriyentlərə XƏBƏRDARLIQ

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sabah cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriəcək.

Strateq.az TQDK-ya istinadən xəbər verir ki, imtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.

TQDK abituriyentlərdən imtahana gələrkən şəxsiyyət vəsiqəsinin əslini və “İmtahana buraxılış vərəqəsi”ni gətirməyi unutmamasını bildirib.

Bu sənədlərdən biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa imtahana buraxılmayacaqsınız. İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və həmin abituriyentlər imtahan binasına buraxılmayacaqlar.