Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə ötən il noyabrın 26-da Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan "Müsəlman Birliyi" adlı təşkilatın rəhbəri Taleh Bağırzadə, birliyin 16 əməkdaşı və Azərbaycan Xalq Cəbhəsi Partiyasınin sədr müavini Fuad Qəhrəmanlının məhkəmə prosesi başlayıb.
Trend-in məlumatına görə, prosesdə prokuror ittiham aktını elan edib.
T.Bağırov, F.Qəhrəmanlı və digərləri elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməyiblər. Sonra T.Bağırzadə ittiham üzrə ifadə verib.