Cari ilin iyulunda İraqda münaqişə nəticəsində 759 nəfər ölüb.
"Report" DHA-ya istinadən xəbər verir ki, bu barədə BMT-nin İraqa Yardım Missiyası (UNİM) məlumat yayıb.
Məlumata görə, bu statistikaya Ənbər vilayəti daxil deyil, yaralıların sayı isə 1 207 nəfər olub.
Xəbərdə həmçinin ölənlərdən 629, yaralılardan 1061 nəfərinin mülki vətəndaşlar olduğu qeyd edilib.