Rusiyaya səfir təyinatı gündəmdə deyil.
APA-nın “İnterfaks” agentliiynə istinadən verdiyi xəbərə görə, bunu Ukrayna XİN rəsmisi Yelena Zerkal bəyan edib.
“Ukrayna tərəfinin 2014-cü ildə verdiyi qərar qüvvədə qalır. Moskvada yalnız müvəqqəti işlər müvəkkili fəaliyyət göstərəcək”,- deyə Y.Zerkal əlavə edib.
İyulun 28-də Rusiya prezidenti Vladimir Putin Mixail Zurabovu Rusiyanın Ukraynadakı səfiri vəzifəsindən azad edib. Sergey Toropov ölkənin Kiyevdə müvəqqəti işlər müvəkkili təyin edilib. İyulun 29-da isə Rusiya Dövlət Dumasının beynəlxalq işlər üzrə komitəsi səfir vəzifəsinə Mixail Babiçin namizədliyini dəstəkləyib.