XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

04 Avqust 2016 - 14:12

Qara Qarayev prospektinin bu hissəsində nəqliyyatınhərəkəti məhdudlaşdırılacaq

Təmir-tikinti işləri ilə əlaqədar avqustun 4-dən 5-nə keçən gecə Qara Qarayev prospektinin Naxçıvanski küçəsi ilə kəsişməsindən ("8-ci kilometr bazarı") Bəhruz Nuriyev küçəsi ilə kəsişməyədək olan hissəsındə ("Laçın" ticarət mərkəzi) avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunur.

"Azəravtoyol" ASC-nin mətbuat xidmətindən bildiriblər ki, sözügedən hissədə hərəkət intensivliyi nəzərə alınaraq aparılacaq təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub. "Azəravtoyol" baş verə biləcək narahatlığa görə vətəndaşlardan üzr istəyir və sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq əvvəlcədən alternativ yollar seçməklərini tövsiyə edir.