XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

04 Avqust 2016 - 14:24

Ərdoğan:"İstanbul mitinqində Azərbaycan bayrağı dalğalana bilər"

ER 234

Avqustun 7-də İstanbulda keçirilməsi planlaşdırılan mitinqdə Azərbaycan bayrağı da dalğalana bilər.

"Report" "Habertürk"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün iş adamları ilə görüşündə bildirib. 

Onun sözlərinə görə, bu həftənin bazar günü Yenikapıda mitinq keçiriləcək: "Tədbirə bütün partiyalar qatıla bilər, yəni siyasi təşkilatlar arasında ayrı-seçkilik olmayacaq. Mən milli birliyimizin göstəricisi olması üçün mesajlarımızı birlikdə verməyimizi istədim. Eyni zamanda, demokratiya və şəhidlər mitinqi olduğundan aksiyaya Türkiyə bayrağından başqa bir bayraq gətirilməməsini istədim. Yəni tədbirdə bayrağımızdan kənar partiya, həmkarlar təşkilatları və s. heç bir bayrağın olmasını istəmirik. Ancaq Şimali Kipr Türk Respublikası və Azərbaycan bayrağı dalğalana bilər"