XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

04 Avqust 2016 - 14:34

İranın səfirliyinin mətbuat katibiMətbuat Şurasında olub

Iran 432

 İran İslam Respublikasının ölkəmizdəki səfirliyinin mətbuat katibi Məhəmmədrza Nəcəfi Mətbuat Şurasında (MŞ) olub.

Şuradan APA-ya verilən məlumata görə, MŞ sədri Əflatun Amaşov bildirib ki, tarixən qonşu olan iki ölkənin əlaqələri indiki kimi geniş və əhatəli olmayıb.

O qeyd edib ki, dövlət rəhbərlərinin qarşılıqlı səfərlərində, eləcə də nazirliklər, digər rəsmi qurumlar səviyyəsindəki görüşlərdə ikitərəfli əməkdaşlığın inkişafını nəzərdə tutan mühüm sənədlərə imza atılıb.

M. Nəcəfli isə hər iki ölkənin jurnalistləri arasında qarşılıqlı səfərlərin mövcudluğunu əsas götürərək əlaqələrin inkişafına yönələn bir sıra təklifləri səsləndirib.

Tərəflər razılığa gəliblər ki, belə səfərlərin davamı jurnalistlərin yaradıcılığına müsbət təsiri, ölkələrin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin təbliği baxımından əhəmiyyət daşıdığından davam etdirilməlidir. Futbol və digər idman növləri üzrə hər iki ölkənin jurnalistlərdən ibarət komandalarının yoldaşlıq görüşlərinin, konfransların və sair tədbirlərin təşkili də məqsədə müvafiq sayılıb.