XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

04 Avqust 2016 - 14:38

Ukrayna Rusiyanın Kiyevdəki səfiri qismindəMixail Babiçi qəbul etməkdən imtina edib

Mixay;l 654

Ukrayna Rusiyanın Mixail Babiçin Kiyevdəki səfiri təyin edilməsi ilə bağlı aqremanını qəbul etməkdən imtina edib.

"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə Ukrayna xarici işlər nazirinin Avropa inteqrasiya üzrə müavini Yelena Zerkal məlumat verib.

Onun sözlərinə görə, hazırda Rusiyanın Ukraynadakı səfirinin təyini məsələsi gündəmdən çıxarılıb.

XİN başçısının müavini bildirib ki, Ukraynanın çoxdan Moskvada səfiri yoxdur və Ukrayna normal fəaliyyət imkanları baxımından məhduddur, başqa sözlə, Rusiyanın Kiyevdə səfirinin olmaması Ukrayna və Rusiya arasındakı münasibətlərə heç bir təsir göstərməyəcək.

Xatırladaq ki, bir həftə əvvəl Rusiya prezidenti Vladimir Putin Mixail Zurabovun Rusiyanın Kiyevdəki səfiri vəzifəsindən azad edilməsi haqqında qərar qəbul edib. Bundan sonra Rusiya tərəfi Kiyevdən Rusiya prezidentinin Volqa Federal Dairəsində səlahiyyətli nümayəndəsi olan və əvvəllər güc strukturlarında işləyən Mixail Babiçin səfir təyin edilməsinə razılıq verməsini xahiş etmişdi.