XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 August 2016 - 14:42

Sarkisyan Ermənistan baş naziriniistefaya göndərir

EER 654

“Ermənistanın hökumət dairələrində ölkə hökumətinin və baş nazir Ovik Abramyanın tezliklə istefaya göndəriləcəyi barədə söz-söhbətlər dolaşır”.
“Report” xəbər verir ki, bu barədə “Aykakan Jamanak” qəzeti yazıb.
Nəşr xatırladıb ki, Yerevanda post-patrul xidməti alayının binasını ələ keçirmiş silahlı qruplaşmanın üzvləri təslim olduqdan sonra prezident Serj Sarkisyan Milli razılıq hökumətinin formalaşması haqqında bəyanatla çıxış edib.
“Bu amil hazırkı hökumətin istefaya göndəriləcəyi fikrini yaradır. Amma Sarqsyanın belə hallardakı strategiyasını nəzərə alsaq, o, kəskin dəyişikliklərə gedən deyil. Müəyyən fasilə verib, sonra addımlar atacaq”, – məqalədə deyilir.
Bununla yanaşı, Ermənistanın “Qraparak” qəzeti öz mənbələrinə istinadən, Ermənistan baş prokuroru Gevorg Kostanyanın vəzifəsindən istefa verdiyini yazıb. Qəzetin məlumatına görə, bu qərarın səbəbləri hələlik məlum deyil. Hələlik onun xələfinin kim olacağı da məlum deyil.