XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 August 2016 - 17:27

Rusiya, Ukraynaya səfir göndərməyimənasız sayır

UK 123

AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Rusiya Ukraynaya səfir göndərməyi mənasız hesab edir.

«Moskva, Kiyevlə diplomatik münasibətlər qurmağı qarşıya məqsəd qoymur, çünki Ukrayna müstəliq dövlət deyil» – deyə, «Danışır Moskva» radiosuna müsahibəsində MDB işləri üzrə parlament Komitəsinin üzvü İlya Drozdov bəyan edib.

Bundan əvvəl «Exo Moskva» radiosuna müsahibə verən beynəlxalq münasibətlər üzrə parlament Komitəsnin sədr müavini Leonid Kalaşnikov xatırlatmışdı ki, Ukraynada Rusiya ilə münasibətlərin kəsilməsini arzulayan çoxlu sayda insan var.

Xatırladaq ki, iyulun sonunda Rusiya Dövlət Duması Ukraynada səfir kimi Mixail Babiçin namizədliyini dəstəkləmişdi. Kiyev isə onu qəbul etmək istəmir. Hər halda bunu, ölkənin daxili işlər nazirinin müavini Yelena Zerkal bəyan edib.

Rusiyanın Ukraynadakı müvəqqəti işlər vəkili Mixail Zurabovun istefasından sonra, bu posta Sergey Toropov təyin olunub.