XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

04 Avqust 2016 - 21:49

İbrahim Kalın:“Türkiyə Rusiyanın çevrilişlə bağlı qəti mövqeyini yüksək qiymətləndirib”

KALIN 987

 Türkiyə dövlət çevrilişi cəhdindən sonra Rusiya prezidenti Vladimir Putinin ifadə etdiyi dəstəyi məmnunluqla qarşılayıb.

APA-nın xəbərinə görə, bunu “TASS”a müsahibəsində Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın bildirib.

“Cənab Putinin prezidentimizə telefon zəngi çox mühüm mesaj oldu. Rusiya prezidenti Türkiyə demokratiyasını dəstəklədiyini qeyd edərək, dövlət çevrilişi cəhdinə öz mövqeyini bildirib. Biz Rusiya Federasiyasına bu məsələ ilə bağlı aydın və qəti mövqe tutduğuna görə minnətdarlığımızı bildiririk”, – deyə  İbrahim Kalın bildirib.

Onun sözlərinə görə, çevriliş cəhdinin qarşısı alındıqdan sonra Türkiyə demokratiyası daha da möhkəmlənib: “Çevriliş cəhdinin qarşısı alındıqdan sonra Türkiyədə siyasi liderlik və hakimiyyət güclənib, onların demokratik legitimliyi möhkəmlənib. Bu kontekstdə Rusiya ilə münasibətlər də normallaşacaq və möhkəmlənəcək”, – deyə o qeyd edib.  

Türkiyə prezidentinin rəsmi nümayəndəsi Türkiyə sərhədlərindən kənardakı bəzi dairələrin qiyamçıları dəstəklədiyini qeyd edib: “Türkiyənin milli maraqlarına əsaslanmış xarici siyasətindən və onun regional qüvvə statusundan narahat olan bəzi dairələr çevriliş cəhdinə dəstək veriblər. Lakin, xalqımızın cəsarəti, həmrəyliyi və birliyi sayəsində biz FETO-nun hərbi geyimdəki terrorçularının demokratiyamıza və sabitliyimizə vurmaq istədikləri zərərin qarşısını ala bildik”.