XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 March 2015 - 07:23

Hansı telefonları dinləyə bilmirlər?

 Hansı telefonları dinləyə bilmirlər?

Texnikanın inkişafı və məxfi əməliyyatlar az qala bunu imkansız edir…

Mobil telefonların təhlükəsizliyi hər zaman bəşəriyyətin müzakirə mövzusu olub. İş adamları, siyasətçilər, jurnalistlər…. üçün danışıqlarının, yazışmalarının məxfi qalması üçün hər yeni üsul barədə məlumatlanırlar. Dövrümüzün texnikası, piratlar, məxfi əməliyyatlar isə bunları az qala imkansız edir. Amma bununla belə, mobil şirkətlər “ən təhlükəsiz telefonlar” adı ilə yeni texnologiyalar hazırlamaqdan usanmır, bu istiqamətdə davam edirlər.

Onlardan biri “Silent Circle”dir ki, onlar “Blacphone2” adı ilə bazara yeni telefon çıxararaq onun məxfiliyinə təminat veriblər.
“Mobile World Congress-2015” sərgisində nümayiş etdirilən yeni telefon gücləndirilmiş təhlükəsizlik xidməti təklif edir ki, burada da bütün texniki xarakteristika öz əksini tapıb. ümumiyyətlə, “Blackphone” ilk olaraq insanların şəxsi məlumatlarını gizli saxlamaq zərurətindən yaranıb. Təcrübə göstərir ki, bu məlumatlar bəzən təhlükəsizlik orqanları tərəfindən ələ keçirilir. “Silent Circle” firmasının qənaətinə görə, tarix boyu heç vaxt insanların həyatı indiki kimi xüsusi xidmət orqanlarının nəzarəti altında olmayıb. Bu isə mobil şirkətlərin işini gün-gündən çətinləşdirir.
Kampaniya artıq ilk “Blackphone” partiyasının sifarişi üçün 750 milyon dollar vəsait nəzərdə tutub və yeni nəsil bu məsələdə daha öncəkilərdən xeyli şanslıdır. “Silent Suite” firmasının “Silent Circle” alətlərindən ibarət sisteminə aşağıdakılar daxildir: “Silent Phone” (bu, zəngləri gizli dinləmələrdən sığortalayır), “Silent Text” (eyni şey SMS-lərə də aiddir), “Silent Contacts” (ünvan kitabçasına kənar müdaxilələrin, oğurlanmaların qarşısını alır). Amma sadalanan bu üç xidmət pulludur. “Blackphone” 2 isə iki illik müddətlə bu xidmətlərə çatımlıdır.
Tezliklə bazara “Silent Meeting” adlı xidmət də çıxacaq ki, bu da konfendensial xidmətlər üçün nəzərdə tutulub.
İndi belə bir şey düşünmək olar ki, “Blackphone” 2 alan hər kəs avtomatik olaraq məxfi dinləmədən, yazışmaların ələ keçirilməsindən sığortalanıb. Amma əslində kommunikativ vasitə olan “Silent Circle” bəyan edir ki, təhlükəsizlik ancaq abonentin ünsiyyət qurduğu qarşı tərəfdə də eyni təhlükəsizlik sistemi olduğu halda, danışıqların yazılmasını, mətnlərin oxunmasını mümkünsüz edir. Məhz buna görə də “Blackphone” 2 alıcıları bir il boyunca “Silent Circle” xidmətinə pulsuz abunəni 3 nəfər yaxın dostuna, ya da ailə üzvünə hədiyyə edə bilər. Sözügedən müddət bitəndən sonra isə istifadəçi qarşısında 3 variant var: ya hər ay bu xidmət üçün 10 dollar ödəməli, ya “Blackphone” 2 əldə etməli, ya da qorunmamış zənglər və mesajlar sisteminə geri qayıtmalıdır.
Bundan başqa, “Silent Circle” öz istifadəçilərini əmin edir ki, heç də hər zəng məxfi xidmət daşımır və məxfilik sistemini işə keçirmək üçün lazım olan zəngləri nəzərə almaq lazımdır. Məsələn, əgər kimsə telefonla pitsa sifariş verirsə, ya da nənəsinə zəng edirsə, bu, xüsusi-xidmət orqanlarının umurunda da olmaz. Bu məqam “Blackphone 2″nin unikallığını üzə çıxır: bu, məxfilik səviyyəsini seçməyə imkan verir.
“Smartfon” telefonlarından istifadə etmirəm və təbii ki, heç kimə SMS yazmıram. Ancaq çox nadir hallarda Twitter səhifəmdə sms yazıb paylaşıram”. Bu sözləri ABŞ prezidenti Barak Obama ABC telekanalında yayımlanan “Jimmy Kimmel Live” gecə komediya şousunda deyib. O, bütün bunları təhlükəsizlik baxımından etmədiyini açıqlayıb. “İndi bütün telefonlar dinlənilir, səslər yazılır. Buna görə yalnız email ünvanlar vasitəsilə harasa məktub göndərirəm. Ancaq mənim aldığım “Blackberry” telefonu indiyədək qalır”, – deyə Ağ Evin sahibi bildirib.
Android sistemli mob
il vasitələrdən istifadə edərkən əməl etməli olduğumuz təhlükəsizlik qaydalarını da yaddan çıxarmaq olmaz.
Ekranınızı kilidləyin! Əməl etməli olduğunuz ən əsas təhlükəsizlik tədbiri ekranı kilidləməkdir. Bu tətbiq demək olar ki, bütün cihazlar üçün eynidir. Bunun üçün mobil alətdən istifadə etməyə başlamazdan əvvəl parametrlər bölməsindən təhlükəsizlik və ekran kilidləmə hissəsini seçin. Sizin üçün xüsusi əhəmiyyətli olan qovluqları iki dəfə kilidləyin. Bu mövzuda App Lock tətbiqini “Google Play Store”dan pulsuz yükləyə bilərsiniz.
Mobil telefonunuz itibsə, təşvişə ehtiyac yoxdur Bu mövzuda həm Google, həm də ESET Mobile Security, Anti-Theft tətbiq proqramı sizə unikal təhlükəsizlik tədbirləri təklif edir. Belə ki, səssiz rejimdə olan telefonunuz evdə itsə belə, (divanın, şkafın arxasına düşsə də) Anti-Theft tətbiqi ilə onu asanlıqla tapa bilərsiniz. Eyni zamanda telefonunuz sizdən çox uzaqda olduğu halda başqasının əlinə keçməsin deyə onu kilidləyə və xəritə üzərindən yerləşdiyi ərazini tapa bilərsiniz.
Gizli məlumatlarınızı telefonda saxlamayın. Məsələn, kredit kartınızın şifrəsini və ya şəxsiyyət vəsiqənizdəki fotoşəkili telefonunuzun yaddaşında saxlamağınız təhlükəsizliyiniz baxımından etibarlı deyil. çünki mobil telefonunuz istəmədiyiniz bir insanın əlinə keçərsə, o asanlıqla bu məlumatlardan istifadə edərək sizin adınızdan müxtəlif xoşəgəlməz işlərə imza ata bilər. Düzdür, telefonunuzu itirdiyiniz halda siz eyni zamanda “Google Android Device Manager” və “ESET Mobile Security”də Anti-Theft proqramı vasitəsilə uzaqdan məlumatlarınızı silə bilərsiniz. Amma daha yaxşı olar ki, şəxsi məlumatlarınızı saxlamaq üçün hard disklərdən və mikro kartlardan istifadə edəsiniz.
Hər proqramı yüklədikdə icazə pəncərəsini diqqətlə oxuyun! Androiddə tətbiq icazə pəncərələri darıxdırıcı kimi görünsə də, əslində bu sizin mobil sisteminizin təhlükəsizliyini təmin etmək baxımından çox önəmlidir. Bəzi hallarda proqram yükləyərkən icazə pəncərəsi sizdən Android funksiyasına və şəxsi məlumatlarınıza nəzarət etmək üçün icazə istəyir. Əgər bu icazə mətnini oxumadan onunla razılaşırsınızsa, deməli bilərəkdən şəxsi məlumatlarınızın təhlükəsizliyini heçə endirirsiniz. Bunun üçün də daha yaxşı olar ki, nə qədər sıxıcı hesab etsəniz də, hər proqramı, tətbiqi yükləyərkən icazə pəncərəsini diqqətlə oxuyasınız.
Telefonla ödəmə edərkən diqqətli olun! Müasir Android cihazlar telefonla ödəmə imkanı təqdim edən NFC sisteminə malikdir. Hətta bəzi ölkələrdəki mağazalarda bununla bağlı ödəmə sistemləri fəaliyyət göstərir. ESET araşdırmaçıları belə qənaətə gəliblər ki, banklarla bağlı hər yeni texnologiya kompyüter hücumları üçün potensial hədəfdir. Buna görə də bu texnologiyadan istifadə edərkən bankdan doğru məlumat alınması və ya birbaşa olaraq NFC sistemi ilə ödəmə edilməsi tövsiyə edilir.
Təhlükəsizlik proqramı istifadə edin! ESET-in məlumatlarına görə, son bir ildə ağıllı telefonlarda mənfi məqsədlərlə işlədilən proqramların sayı 63% artıb. Yəni, heç də istifadə etdiyiniz bütün proqramlar təhlükəsiz deyil. Bunun üçün eyni ilə kompyüterinizi qoruduğunuz kimi cib telefonunuzu da qorumaq məqsədilə mobil təhlükəsizlik (Mobile Security) proqramları istifadə edin!
Amma Android bazasının ən vacib mənfi cəhətlərindən biri onun o qədər də yüksək olmayan təhlükəsizlik sistemidir. “BlackBerry” firması isə hesab edir ki, Blackphone sıradan istifadəçilər üçün daha funksional olacaq, nəinki biznes adamları üçün. Kanada kampaniyası öz bloqunda yazır ki, istifadəçilərin müdafiə üçün ən ideal variantı BES10 (BlackBerry Enterprise Service 10) platformasıdır. O, təkcə informasiyaların yüksək səviyyədə qorunmasını yox, eyni zamanda gizli dinləmə və yazışmalara nəzarətin də qarşısını alır.
Bununla yanaşı, kanadalılar “BlackBerry Balance” və “BlackBerry Guardian” funksiyalarını da istisna etmir ki, bunlar da danışıqların və yazışmaların konfidensiallığına xidmət edir.