XƏBƏR LENTİ

27 May 2020

Digər Xəbərlər

05 Avqust 2016 - 10:56

MTRŞ:"Yeni televiziya kanalının açılması üçün yaxın gələcəkdə müsabiqə elan edilməsi nəzərdə tutulmayıb"

MTRŞ

“Azərbaycanda kifayət qədər teleradio yayımçısı var. Bu səbəbdən də Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən yeni televiziya kanalının açılması üçün yaxın gələcəkdə müsabiqə elan edilməsi nəzərdə tutulmayıb”. Bunu APA-ya açıqlamasında MTRŞ-nın Aparat rəhbəri Toğrul Məmmədov deyib.

O qeyd edib ki, hazırda Azərbaycanda 23 televiziya yayımçısı var, onlardan 10-u ümumrespublika, 13-ü isə regional yayımçıdır: “Ümumilikdə isə Azərbaycanda lisenziya almış teleradio yayımçılarının sayı 74-dür”.