SOCAR üzrə 2015-ci ildə 6 milyon 478,9 min ton neft və 3 milyard 401,8 milyon kubmetr qaz emalı reallaşıb.
AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın “Davamlı inkişaf haqqında” hesabatında məlumat verilir. Bildirilir ki, keçən il Azərbaycanda hasil edilən neftin 20 faizi, yəni 8 milyon 160,6 min tonu SOCAR-a aid olub.