XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

05 Avqust 2016 - 11:34

Neftçilər prospektində avtomobillərinhərəkəti məhdudlaşdırılacaq

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə əlaqədar sürücüləri diqqətli olmağa çağırıb.

Qurumun mətbuat xidmətindən verilən məlumata görə, paytaxtda avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə yol cizgi və yol göstərici xətlərinin, həmçinin piyada keçidlərinin (zolaqların) yenidən rənglənməsi işləri davam etdirilir.

Bu çərçivədə axşam saat 22:00-dan etibarən səhər saatlarına qədər, Neftçilər prospektində (Əziz Əliyev küçəsinin başlanğıcından Rixard Zorge küçəsinin kəsişməsinə qədər olan hissəsində) yol cizgi və yol göstərici xətlərinin rənglənməsi işləri aparılacaq. Bununla əlaqədar olaraq sözügedən prospektdə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.