XƏBƏR LENTİ

21 Sentyabr 2020

Digər Xəbərlər

14 Mart 2015 - 07:27

Həmid Herisçini Milli Kitabxanadan qovdular

ötən gün ANS telekanalında yayımlanan “Şəxsiyyət vəsiqəsi” verilişinin aparıcısı, tanınmış yazıçı-jurnalist Həmid Herisçini M.F.Axundzadə adına Milli Kitabxanadan qovublar.

Bu barədə kulis.az-a yazıçı özü məlumat verib.

O bildirib ki, verilişlə əlaqədar bir neçə kitaba baxmaq üçün kitabxanaya gedib, bu zaman kitabxana işçilərindən biri yaxınlaşaraq ona deyib: “Direktorumuz dedi ki, sənə kitab verməyim. Sən yaxşı adam deyilsən, televizorda klassiklərimizi təhqir edirsən…”

H.Herisçi əlavə edib ki, bu sözləri çaşqınlıqla qarşılayıb, çox pis olub, ancaq buna görə məhkəməyə, yaxud başqa bir müvafiq orqana müraciət eləmək fikri yoxdur.