XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

05 Avqust 2016 - 14:25

Bank kartlarından məlumat oğurlayantəhlükəli virus aşkarlanıb

KArt 54

“Kasperski Laboratoriyası”nın əməkdaşları “Android” əməliyyat sistemi platformasında çalışan cihazlarda bank kartlarından məlumatları oğurlayan virus aşkar ediblər.
İKT.lent.az-ın “svopi.ru” saytına istinadən məlumatına görə, mütəxəssislərin sözlərinə görə, virus özünü brauzerlər üçün yenilənmə kimi göstərir.
Bu halda istifadəçi göstərilən linkə keçmək qərarına gəlirsə, o zaman “last-browser-update.apk” faylın yüklənməsinə başlanılır. Mütəxəssislər bildirir ki, hakerlər öz məqsədlərinə çatmaq üçün istənilən elanı dərc etməyə imkan verən “Google”nin kontekst reklamının imkanlarından istifadə edirlər.
Aşkar olunan ziyanverici əlavə istifadəçinin bank kartlarına aid bütün məlumatlarını tapır və ötürür. Bundan başqa, troyan virusu mətn məlumatlarını ələ keçirib silmək imkanına malikdir.
Həmçinin virus gələn və gedən zənglər, brauzerin kontaktları barədə məlumatları toplaya bilir.