Avqustun 7-də İstanbulun Yeniqapı mitinq meydanında baş tutacaq mitinqə 3 milyon insanın qatılacağı gözlənilir. Lent.az sözcü.com.tr-yə istinadən xəbər verir ki, Demokratiya və Şəhidlər adı verilmiş kütləvi tədbirə gələnlər üçün 6 milyon əl elanı, 3 min 200 plakat, 5 milyon butulka su, 1,5 milyon papaq, 2,5 milyon Türkiyə bayrağı, 150 səyyar tualet nəzərdə tutulub.
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan dünən verdiyi açıqlamada mitinqdə Türkiyə bayrağı ilə yanaşı, iştirakçıların Azərbaycan və Şimalı Kipr Türk Cumhuriyyətinin bayrağını da qaldıra biləcəyini demişdi.