XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 August 2016 - 15:11

Obama:"Ruslara və Putinə güvənə biləcəyimizə əmin deyiləm”

OB 76

ABŞ prezidenti Barak Obama İŞİD-lə mübarizə və digər məsələrin müzakirəsi üçün Pentaqonda Milli Təhlükəsizlik Şurasının üzvləri ilə görüşüb.

Görüşdən sonra jurnalistlərin suallarını cavablandıran Ağ Ev rəhbəri Suriya mövzusunda rusiyalı həmkarı Vladimir Putinə güvənmədiyini açıqlayıb.

“ABŞ Suriyada şiddəti azaltmaq, İŞİD və Əl-Qaidə ilə mübarizədə Rusiya ilə işləməyə hazırdır. Ancaq Rusiya gərəkən addımları atmaqda uğursuz oldu. Rusiyanın bu mövzularda ciddi olduğunu sübut etmək vaxtıdır. Ruslara və Vladimir Putinə güvənə biləcəyimiz mövzusunda əmin deyiləm”. (Axar.az)