XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 July 2015 - 11:16

İŞİD-in yeni taktikası-“Əldən verəcəyin yeri xaraba qoy, sonra tərk et!”

İraq ordusu Bağdadın 70 km-liyində yerləşən Bellucəni xilasetmə əməliyyatlarına hazırlaşdığı bir vaxtda qəsəbədən xoş olmayan xəbərlər gəlir. Məlumata görə, artıq 3 aydır ki, mülki əhalinin qəsəbədən çıxmasına izn verməyən İŞİD onlardan canlı qalxan kimi istifadə edir. Etiraz edənlərin ya bütün mülkiyyəti əlindən alınır, ya da ailə-uşağı girov götürülür. Bir çox evlər, camilər, yollar partladılır, dövlət binaları istifadə olunmaz hala gətirilir. Terrorçular onsuz da Bellucədə çox qala bilməyəcəklərini düşündüklərindən, qəsəbəni xaraba halında İraq ordusuna təhvil vermək istəyirlər.

Strateq.az