XƏBƏR LENTİ

11 Avqust 2020

Digər Xəbərlər

05 Avqust 2016 - 16:13

Rusiya müəllimləri Medvedyevin istefasını tələb edir:15 saata 170 min imza toplandı

medved-1

Rusiyada baş nazir Dimitri Medvedyevin istefası ilə bağlı imzatoplama kampaniyası başlanıb.

Strateq.az bildirir ki, bununla bağlı hazırlanmış petisiyanı artıq 170 min nəfər imzalayıb.

Qeyd edək ki, dünən keçirilən forumda iştirak edən baş nazir müəllimlərin əmək haqlarının az olması barədə səslənən tənqidlərə birmənalı cavab verməyib. Medvedyev deyib ki, çox pul qazanmaq istəyənlər gedib bizneslə məşğul olsunlar.

Bu isə rus pedaqoji ictimaiyyəti arasında böyük hay-küyə və etiraza səbəb olub. Bütün Rusiya boyu orta məktəb müəllimləri baş nazirin istefaya göndərilməsini tələb edirlər.

“Bu adam baş nazir yox, təlxəkdir! Bizə biznesə getməyi təklif edir. Bəs uşaqları kim tərbiyə edəcək? Öz uşaqları aydındır. Hamısı xaricdə oxuyur. Onu istefaya göndərmək lazımdır, qoy gedib minimum əmək haqqı ilə dolansın və dözsün”- deyə petisiyaya imza atan müəllimlər  qeyd ediblər.