ABŞ beş Orta Asiya respublikasına 15 milyon dollar pul ayıracaq.
Strateq.az bildirir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb. Bu qərar Qazaxstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistan xarici işlər nazirlərinin dövlət katibi Con Kerri ilə Vaşinqtonda keçirilən görüşündə elan olunub.
“Biz yeni regional yanaşmanın köməyi ilə inkişafa nail olunacağına ümid edirik”, – deyə Kerri bildirib.
Beş birgə layihəyə Orta Asiya ölkələrinə xarici terrorçular tərəfindən təhlükə ilə mübarizədə kömək, iqtisadiyyat və ticarət sahələrinin inkişafı, nəqliyyat sferasının təkmilləşdirilməsi təşəbbüsü daxildir.
“Biz heç bir tərəddüd etmədən Orta Asiya ölkələrinin hər birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik”, – deyə Kerri bəyan edib.
Strateq.az