XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 August 2016 - 20:23

“Ümidvaram ki, Türkiyə-Rusiya münasibətləri əvvəlki səviyyəyə qayıdacaq” –Ərdoğan

Recep 09

“Ümid edirəm ki, Türkiyə-Rusiya münasibətləri əvvəlki səviyyəyə qayıdacaq”.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğan Ankarada qazaxıstanlı həmkarı Nursultan Nazarbayevlə görüşdən sonra keçirdiyi birgə brifinqdə deyib.

Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyini deyən Ərdoğan Nazarbayevin Ankara-Moskva münasibətlərinin normallaşması işinə töhfə verdiyini qeyd edib: “Əlaqələrimizdə problemlər olanda, Nazarbayevin Putinlə danışıqları olub. O, münasibətlərimizin bərpası üçün səylər göstərib”.

Nazarbayev isə bildirib ki, Qazaxıstanla Türkiyənin Rusiya ilə münasibətlərə baxışları üst-üstə düşür.